Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 09:07

Moskvada Müslüm Maqomayevin abidəsi ucaldılacaq


Moskva meri Yuri Lujkov Moskvanın mərkəzində SSRİ xalq artisti Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

«RİA Novosti»nin verdiyi məlumata görə, abidə Yeliseevski döngəsində yerləşən parkda ucaldılacaq.

Heykəltaraş Aleksandr Rukavişnikovun müəllifi olduğu abidə tuncdan hazırlanacaq, postamenti isə qranitdən olacaq.

Layihənin sifarişçisi Araz Ağalarovun rəhbəri olduğu «Crocus İnternational» şirkətidir. /APA/
XS
SM
MD
LG