Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Aprelin 15-nə kimi hava buludlu, yağışlı olacaq


Aprelin 13-dən havanın temperaturu 5 dərəcə aşağı düşüb. Ayın 15-nə kimi Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir açılacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu gecə 5-8, gündüz 10-13 dərəcə isti olacaq.

Bölgələrdə də yağışın davam edəcəyi, bəzi yerlərdə leysan olacağı gözlənir.

Departamentin proqnozuna görə, aprelin 15-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, şimşək çaxacaq, arabir yağış yağacaq.

Sinoptiklər yüksək dağlıq ərazilərdə sulu qar yağacağını da ehtimal eləyirlər.
XS
SM
MD
LG