Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:03

«Azərbaycan nüvə sammitinə qatılsaydı...»


Sinan Oğan
«Azərbaycanın nüvə sammitinə dəvət edilməməsi Ərdoğan Sarkisyan görüşünü daha rahat təmin etmək məqsədi güdür».

Bunu Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan deyib.

«Atlas» Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu və Sinan Oğan «İşdən sonra»da Vaşinqtonda keçirilən Nüvə Sammitindən danışıblar.

Sinan Oğan deyib ki, sammitə Azərbaycanın dəvət edilməməsinin bir neçə səbəbi var:

«O sammitdə bu məsələ ilə əlaqəli olan, gələcəkdə İrana sanksiyada təsirli ola biləcək dövlətlər dəvət edilmişdi. Azərbaycan da bu məsələdə təsirli ola bilərdi, amma digər məsələ ön plana çıxır. Ermənistan Türkiyə görüşündə Dağlıq Qarabağ məsələsinin önə çıxmaması mümkün deyildi. Türkiyə hər görüşdə Dağlıq Qarabağ şərtini protokolda varmış kimi irəli sürür. Həm Amerika, həm Ermənistan həm də ATƏT Minsk qrupunun üzvləri Türkiyə Ermənistan sərhədləri məsələsinin Azərbaycana görə olduğunu düşünürlər. Amerika çalışırdı ki, Ərdoğan və Sarkisyan görüşünü daha rahat ortamda təmin etsin. Azərbaycanın dəvət edilməməsi buna imkan yaratmaq məqsədi güdür».

«Atlas» Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib ki, Amerika Türkiyəyə təzyiq göstərməyə çalışacaq:

Elxan Şahinoğlu
«Mən ehtimallarda irəli sürmüşdüm ki, bu görüşdən nəticə çıxmayacaq. Çünki tərəflərin mövqeyində yaxınlaşma yoxdur. Türkiyə dağlıq Qarabağ məsələsini ön planda tutduğuna görə, dünənki görüşdən nəticə əldə olunmadı. Obama Ərdoğana təzyiq göstərməyə çalışacaq ki, ermənilərə verdiyi soyqırımı sözünü yerinə yetirsin. Amerika 24 aprelə qədər istəyir ki, Türkiyə Ermənistan sərhədi açılsın və o çətin seçim qarşısında qalmasın».

Elxan Şahinoğlu da Azərbaycanın sammitə dəvət almamasının səbəblərindən danışıb:

«Birinci səbəb məlumdur. ABŞ Azərbaycanın daxili və xarici siyasətindən narazıdır. İkincisi isə Azərbaycanın dövlət başçısı həmin toplantıya qatılsaydı, İlham Əliyev Ərdoğan və Sarkisyan görüşünə qatılacaqdı və nəticə çıxmayacaqdı».

Sammitdən gözləntilər nədir?

Obama niyə çətin seçim qarşısında qalıb?

Azərbaycan Türkiyəni sınayır, yoxsa bu, şantajdır?

DAHA ƏTRAFLI «İŞDƏN SONRA»DA…

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG