Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 13:47

Rusiya şəhəri Estoniyaya birləşmək istəyir


Estoniya ilə sərhəddə yerləşən Rusiya şəhəri İvanqorod Estoniyaya birləşmək istəyir.
11 min əhalisi olan şəhər belə bir müraciəti Rusiya və Estoniya prezidentlərinə göndərib.
Bu şəhər 300 il əvvəl Estoniyanın tərkibində olub.
Müraciəti 600 şəhər sakini imzalayıb.
Müraciəti hazırlayan isə Şəhər Şurasının sədr müavini Yuri Qordeyevdir.
O deyir ki, Rusiya bu şəhəri Estoniyaya verməz, bunu başa düşürlər, ancaq şəhərin problemlərinə diqqəti cəlb etməyin başqa yolu qalmayıb.
XS
SM
MD
LG