Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:13

Yazar prokurorlara cəza verdirib


Türkiyədəki «Cümhuriyyət» qəzetinin 85 yaşlı baş yazarı İlhan Səlçuk «Ergenekon» prosesinin prokurorları barədə qaldırdığı məhkəmə iddiasını udub.

Məhkəməyə şikayətində İlhan Səlçuk «Ergenekon»un 3 prokurorunun ittihamnaməyə daxil etdikləri bəzi ifadələrin və telefon danışıqlarının onun şəxsiyyətinə qara yaxdığını və kiçiltdiyini iddia etmişdi.

Məhkəmə prokurorların bəzi ifadələrinin və Səlçukun şəxsi telefon danışıqlarının ittihamnaməyə daxil edilməsinin hüquqa zidd olduğuna qərar verib.

İlhan Səlçuk şikayət ərizəsində prokurorlardan təzminat tələb etməmiş, bunun yerinə qərarın qəzetlərdə çap edilməsini istəmişdi.

Türkiyədə bir qrup hərbçinin dövlət çevrilişi ittihamı ilə başlanan işin prokurorlarının məhkəmə qərarına 15 gün müddətində etiraz haqları var.

Bu əməliyyat çərçivəsində 2008-ci il martın 18-də səhər saat 5-də evindən polis nəzarətində prokurorluğa aparılan İlhan Səlçuk iki sonra sərbəst buraxılmışdı.

Səlçukun polis nəzarətinə alınması Türkiyədə etiraza səbəb olmuşdu.

85 yaşlı İlhan Səlçuk generalları çevrilişdə günahlandıran prosesin ittihamnaməsində «Terror təşkilatı qurmaq və idarə etməklə» təqsirli bilinir.

Prokurorlar Səlçukun 500 il həbsini tələb ediblər.
XS
SM
MD
LG