Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:36

Mahmud Əhmədinejad BMT-yə müraciət edib


İran prezidenti Mahmud Əhmədinejad BMT-nin baş katibinə müraciət edərək, onun NATO-nun Əfqanıstan və İraqdakı fəaliyyətini araşdırmasını istəyib. Əhmədinejad Ban Ki-muna ünvanladığı məktubda bildirib ki, qiyamçıların ələ keçirilmiş lideri Əbdülmalik Cundallah NATO-nun onların fəaliyyətini dəstəklədiyini etiraf edib.

İranın cənubunda sünnilər üçün bərabər hüquqlar uğrunda mübarizə apardığını iddia edən Cundallah oktyabr ayında onlarla insanın, o cümlədən İranın inqilab keşikçiləri ordusunun 5 yüksək rütbəli komandirinin qətli ilə nəticələnmiş partlayışlara görə məsuliyyəti üzərinə götürmüşdü.

XS
SM
MD
LG