Bu gün Rusiya və Amerika plutonium ehtiyatlarını azaltmaq barədə saziş imzalayacaqlar. Sənədi Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammitinin ikinci günü ABŞ-ın dövlət katibi Hillari Klinton və Rusiyanın xarici işlər naziri Sergey Lavrov imzalayacaq.
Tədbirin ilk günündə Ukrayna özünün yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatından 2012-ci ilədək tam imtina edəcəyini açıqlayıb. Kanada da öz növbəsində bəyan edib ki, istifadə olunmuş nüvə yanacağını təhlükəsizlik məqsədilə onun təchizatçısı ABŞ-a təhvil verəcək.