Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:03

AŞPA prezidenti Azərbaycana gəlir


AŞPA prezidenti Mövlud Çavuşoğlu
AŞPA prezidenti Mövlud Çavuşoğlu
Aprelin 13-də Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu Azərbaycana rəsmi səfərə gəlir.

AŞPA-nın mətbuat xidmətinin məlumatına görə, səfər aprelin 16-a qədər davam edəcək. Çavuşoğlunun Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiya nümayəndələri ilə görüşləri planlaşdırılıb. Bundan başqa o, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək, Azərbaycan Dövlət Dillər Universitetində çıxış edəcək.

Aprelin 15-də Çavuşoğlu Gəncə şəhərinə gedəcək, yerli icra hakimiyyəti orqanları ilə görüşəcək. Çərşənbə günü isə saat 19.30-dan 19.45-dək Avropa Şurasının Bakı ofisində mətbuat konfransı keçirəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG