Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:47

Manas fəaliyyətini bərpa etdi


ABŞ kirayə götürdüyü Qırğızıstanın Manas hərbi bazasından əməliyyatlarını bərpa edib. aprelin 7-də hökumət qüvvələri ilə müxalifət tərəfdarları arasında 81 nəfərin ölümü ilə nəticələnmiş toqquşmalara görə bu bazadan uçuşlar dayandırlmışdı.

Manas bazasından beynəlxalq qüvvələr Əfqanıstandakı hərbi əməliyyatlarını təchiz etmək üçün istifadə edirlər.

ABŞ-ın Qırğızıstandakı səfiri bildirib ki, Manasda işlər bərpa olunub və ABŞ Dövlət Katibinin yardımçısı Robert Bradke danışıqlar üçün aprelin 14-də Qırğızıstana gedəcək. O, müvəqqəti hökumətin rəsmiləri ilə görüşəcək.
XS
SM
MD
LG