Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 19:03

«Qatil Ərdoğan» şüarı suç sayılmayıb


Rəcəb Tayyip Ərdoğan
Rəcəb Tayyip Ərdoğan
Türkiyənin Tunceli vilayətində 2009-cu ildə keçirilən mətbuat konfransında «Qatil Ərdoğan» yazılmış plakatı açan və eyni məzmunlu şüarı söyləyən iki nəfər məhkəmədə bəraət alıb.

«Doğan» Xəbər Agentliyinin verdiyi məlumata görə, Tunceli vilayətindəki sülh-cəza məhkəməsi «Qatil Ərdoğan» şüarını fikir və ifadə azadlığı çərçivəsində dəyərləndirərək haqqında məhkəmə istintaqı aparılan iki şəxsə bəraət verib.

Şübhəli şəxslərin vəkili Barış Yıldırım məhkəməyə Avropa İnsan Hüquqları Məhkəməsinin buna bənzər proseslərlə bağlı verdiyi bəraət qərarını təqdim etdiklərini, məhkəmənin də AİHM qərarlarını əmsal kimi qəbul etdiyini bildirib.

Keçmiş nazir Əkrəm Pakdəmirli keçmiş prezident Süleyman Dəmirələ «həqarətə görə»№ təzminat ödəmişdi.

Ancaq Pakdəmirlinin şikayətinə baxan AİHM, onun Dəmirəl barəsində dediyi «Yalançı», «Təkərləri partlasın», «Çankayanın şişmanı» və s. sözləri fikir və ifadə azadlığı çərçivəsində dəyərləndirərək Türkiyəni məhkum etmişdi.

Tuncelidə «Qatil Ərdoğan» plakatı açan iki vətəndaş barədə qərarı qəbul edən məhkəmə AİHM-in Əkrəm Pakdəmirli barədə qərarını əmsal kimi qəbul edib.
XS
SM
MD
LG