Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 21:50

Adnan Hacızadə «Güzdək», Emin Milli «Xələc» təcridxanasına köçürülür


Həbsdə olan bloqqerlər Emin Milli və Adnan Hacızadə Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülür. Bu barədə AzadlıqRadiosuna Adnan Hacızadənin vəkili İsaxan Aşurov verib:

«Adnan Hacızadə şənbə günü Güzdəkdəki 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb, Emin isə bu gün Salyandakı Xələcə aparılır».

«Emin Millini niyə məhz Salyana aparırlar? sualına vəkil deyib ki, «hələlik bu suala cavab verə bilmirəm. Mən də indi bilmişəm».

E. Milli və A. Hacızadə 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Gənclər qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli biliniblər.

Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə E. Milli 2 il 6 ay, A. Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi martın 10-da birinci instansiyanın hökmünü qüvvədə saxlayıb.
XS
SM
MD
LG