ABŞ-ın dövlət katibi Hillari Klinton deyib ki, ölkəsinə qarşı bioloji silah tətbiq olunacağı təqdirdə nüvə silahı ilə cavab verəcəklərini istisna etmirlər.
Klinton müdafiə naziri Robert Qeytslə birgə televiziya müsahibəsində bildirib ki, öz nüvə proqramlarına dair BMT-nin qətnamələrinə riayət etməyən İran və Şimali Koreya kimi ölkələr ABŞ-ın nüvə silahı tətbiq etməmək planında istisna təşkil edir.