Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 09:48

Neft Akademiyasındakı qanlı hadisə ilə bağlı məhkəmə başlayır


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ötən il Neft Akademiyasında baş vermiş qanlı hadisə ilə bağlı məhkəmə prosesi keçiriləcək. Məhkəməyə hakim Ramella Allahverdiyeva sədrlik edəcək.

 

2009-cu il aprelin 30-da Neft Akademiyasının ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinə qədər qarşısına çıxan tələbə və müəllimlərə “Makarov” markalı tapançadan atəş açmışdı. 12 nəfər ölmüşdü, 13 nəfər  yaralanmışdı. Hadisəni törədən Fərda Qədirov sonradan özünü də güllələyib öldürmüşdü.

 

İşlə bağlı 4 nəfər istintaqa cəlb olunub.

XS
SM
MD
LG