Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 19:26

Banqkokda baş vermiş toqquşmalarda azı 20 adam ölüb

Dünən Tailandın paytaxtı Banqkokda polislə nümayişçilər arasında baş vermiş toqquşmalarda 20 nəfər ölüb, 800-dən artıq adam isə yaralanıb.

Reuters agentliyinin operatoru da ölənlərin arasındadır.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Artıq bir aydır ki, Tailandda etiraz aksiyaları keçirilir.

Keçmiş baş nazir Taksin Çinavatranın tərəfdarları hökumətin istefasını və yeni seçki keçirilməsini tələb edirlər.
XS
SM
MD
LG