Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Prezident Bakiyevin həbsi nəzərdən keçirilir


Qırğızıstandakı müvəqqəti hökumət prezident Kurmanbek Bakiyevin həbsi və məhkəməyə cəlb edilməsini nəzərdən keçirir.

Müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva Röyter agentliyinə müsahibəsində artıq Bakiyevin qohumları və onunla əlbir olanların həbsinə sərəncam verildiyini bildirib.

O qeyd edib ki, müvəqqəti hökumət Bakiyevə qarşı güc tətbiq etməyəcək, amma eyni zamanda onun təhlükəsizliyinə də təminat verə bilmir.

Bakiyev isə aprelin 7 - də insanlara atəş açmaq əmri vermədiyini və istefaya getmək fikrində olmadığını bəyan edib.

O həmçinin qeyd edib ki, onu öldürmək cəhdi ölkədə qanla qurtaracaq.
XS
SM
MD
LG