İran İraqın aparıcı siyasi qüvvələrini ölkədə azlıq təşkil edən sünnilər də daxil olmaqla milli birlik hökuməti yaratmağa çağırıb.
İranın İraqdakı səfiri Həsən Kazimi Qumi bildirib ki, martın 7-də keçirilmiş parlament seçkilərinin nəticələri göstərir ki, partiyalardan heç biri təkbaşına hökumət yarada bilmir.
İraqın keçmiş baş naziri İyad Ələvinin bloku indiki baş nazir Nuri əl Malikinin kolaisiyasına cüzi fərqlə qalib gəlib.
İran səfirliyindən verilən məlumata görə yaxın günlərdə Tehranda İyad Ələviylə İran rəsmiləri arasında danışıqlar gözlənilir.
Birləşmiş Ştatların İraqdakı səfiri Kristofer Hill isə İran səfirinin bəyanatına münasibət bildirərkən deyib ki, iraqlılar öz hökumətləri barədə müstəqil qərar çıxarmalıdırlar.