Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 14:22

İranda həbsxanaya hücum edilib

İranın İlam şəhərində həbsxanaya silahlı hücum edilib.

Hakim dairələr deyir ki, məqsəd məhbusları azad etmək olub.

İlam şəhəri ölkənin cənub-qərbində, İraq sərhəddinin yaxınlığında yerləşir.

Həbsxana minaatanlardan atəşə tutulub, nəticədə keşikçilərdən bir neçəsi yaralanıb.

Məhbuslardan üçü qaçıb, amma az sonra onlardan biri ələ keçib.
XS
SM
MD
LG