Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:39

Polşanın baş naziri Donald Tusk Smolenskə gedir


Prezident Lex Kaçinsk və digər ölkə rəsmilərinin təyyarə qəzasında həlak olması müharibə dövründən sonra ölkənin tarixində ən faciəvi hadisədir.

Bunu Polşanın baş naziri Donald Tusk bu gün Varşavada çıxış edərkən deyib.

Donald Tusk və onun rusiyalı həmkarı Vladimir Putinin faciə yerinə gedəcəkləri gözlənilir.

Polşa prezidentinin təyyarəsi bu gün Smolensk ətrafında qəzaya düşüb.

Təyyarədə olan 96 nəfərin hamısı həlak olub.

Smolensk vilayətinin qubernatoru Sergey Antufev deyir ki, təyyarə yerə enərkən eniş zolağına düşə bilməyib və ilkin versiyaya görə ağacların budağınailişərək yerə dəyib.

Rusiya prezidenti Dimitri Medvedev qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılmasını göstəriş verib.

Polşada prezidentin səlahiyyətləri Seymin sədri Bronislav Komorovskiyə tapşırılıb.

XS
SM
MD
LG