Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:22

Narkotiklər Azərbaycana 4 yolla keçirilir


Əfqanıstandan narkotiklər Azərbaycana 4 marşurutla: Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Pakistan-Azərbaycan, Əfqanıstan-Türkmənistan-

Azərbaycan və Əfqanıstan-İran- Dağlıq Qarabağ yoluyla keçirilir.

Bu barədə Azərbaycanın baş nazir müavini, narkotiklərlə mübarizə komissiyasının rəhbəri Əli Həsənov dünən keçirdiyi mətbuat konfransında deyib.

Əli Həsənovun sözlərinə görə ölkəyə keçirilən narkotiklər daha sonra Avropa və MDB ölkələrinə ötürülür.

O həmçinin qeyd edib ki, narkotiklərin Dağlıq Qarabağdan daşınması faktı BMT-nin hesabatlarına salınmalıdır.
XS
SM
MD
LG