Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 17:45

MÜXTƏLİF VAXTLARDA ÖLKƏ RƏHBƏRLƏRİNİN HƏLAK OLDUQLARI TƏYYARƏ QƏZALARI


1961-ci ildə BMT-nin baş katibi isveçli Daq Haamerşold Konqoya uçarkən təyyarə qəzaya uğrayıb. Onunla birlikdə BMT-nın əməkdaşları və Konqo hökümət nümayəndələri də hlak olub.

1969-cu ildə Boliviyanın prezidenti Rene Baryentos Otrunyo təyyarə qəzasında ölüb. Qəzanın təşkil olunduğu bildirilirdi.

1971-ci ildə Monqolustan səmasında baş verən təyyarə qəzası Çin rəhbəri Mao Tzedunun ehtimal olunan xələfinin həyatına son qoyur.

1981-ci ildə Panamanın rəhbəri general Omar Torrixos müəmmalı təyyarə qəzasında həlak olur.

1983-cü ildə Ekvadorun prezidenti Xayme Roldos Aqilera təfsilatı hələ də qaranlıq qalan təyyarə qəzasında həlak olur.

1986-cı ildə Mozambikin prezidenti Samora Maşel öz ölkəsinə qayıdarkən təyyarə qəzasında həlak olur. Onunla birlikdə Tu-134 təyyarəsində Mozambikin bir sıra nazirləri də ölür. Qəzanın səbələri hələ də araşdırılmayıb.

1988-ci ildə Pakistanın prezidenti Ziya Ül-Həqq Məhəmməd qəzaya uğrayan “Herkules C-130” hərbi təyyarəsində həlak olur.

1994-cü ildə Böyük Afrika Gölləri üzərində yaraqlı dəstələrin vurub yerə saldığı təyyarədə eyni vaxtda iki ölkənin prezinti həlak olur. Burundinin prezidenti Kiprien NatriamaRuandanın prezidenti Juvenal Habyarimana uçduğu təyyarənin Tutsi qəbiləsinə məxsus üsyançılar tərəfindən atəşə tutulduğu xəbər verilirdi.

2001-ci ildə Çad respublikasının paytaxtı Ndjamenda yaxınlığında Çad rəsmilərnin uçduğu təyyarə qəzaya uğrayır. Həlak olanlar arasında bir nazir və prezident administrasyisaının rəhbəri də olur.

2001-ci ildə Sudanın hərbi rəhbərliyi təyyarqə qəzasında həlak olur.

2004-cü ildə Makedoniyanın prezidenti Boris Traykovski təyyarə qəzasında həlak olur.
XS
SM
MD
LG