Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Tanınmış sovet diplomatı 90 yaşında vəfat edib


Soyuq müharibə illərində 25 il Sovet İttifaqının ABŞ-da səfiri olmuş Anatoli Dobrınin aprelin 6-da Moskvada 90 yaşında vəfat edib.

Rusiyanın Hazırkı liderləri – prezident, baş nazir, o cümlədən keçmiş prezident Mixail Qorbaçov onun yaxınlarına başsağılığı veriblər.

ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krovli də “on illərlə ABŞ-Rusiya münasibətlərinin sabitləşdirilməsi yolunda çalışmış bir adam”ın vəfatı münasibətilə Rusiyaya başsağılığı verdiklərini deyib.
XS
SM
MD
LG