Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:52

Otunbayeva Bakiyevin təhlükəsizliyinə bir şərtlə zəmanət verir


Qırğızıstanın müvəqqəti hökuməti prezident Kurmanbek Bakiyevə ölkədən çıxmaq şansı vəd edib. Amma bir şərtlə ki, istefa versin.

Müvəqqəti hökumətin başçısı Roza Otunbayeva bildirib ki, onlar yalnız istefa verərsə, onun təhlükəsizliyinə zəmanət verə bilərlər.

O, əlavə edib ki, son mitinqlər zamanı təhlükəsizlik qüvvələrinə atəş açmağa kimin əmr verməsini araşdırmağa başlayıblar. Otunbayeva bildirir ki, müxalifət liderləri Bakiyevlə dialoq planlaşdırmır.

Bakiyev isə Oş şəhərindən frans press agentliyinə müsahibəsində bildirib ki, təhlükəsizlik qüvvələrinə belə bir əmri verməyib. Bakiyev deyib ki, rəqibləri ilə dialoqa hazırdır, amma istefa vermək fikrində də deyil.

Aprelin 7-də təhlükəsizlik qüvvələri ilə müxalifət fəalları arasında toqquşmada 75 nəfər həlak olub. Bu gün Qırğızıstanda onların xatirəsi üçün ikigünlük matəm mərasimləri başlayıb.
XS
SM
MD
LG