Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:26

Türkiyə çalışacaq ki, Vaşinqton sammitində Qarabağ məsələsi ilə bağlı irəliləyişə nail olunsun


Türkiyə çalışacaq ki, Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində Qarabağ məsələsi ilə bağlı irəliləyişə nail olsun. Bunu aprelin 9-da jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib:

«Türkiyəli həmkarım Əhməd Davudoğlu ilə telefon danışığında, eləcə də Bakıda səfərdə olan Firudin Sinirlioğlu ilə (Baş nazir R.T.Ərdoğanın xüsusi elçisi) söhbətdə əsasən Vaşinqton sammiti, gözlənilən görüşlər haqda danışdıq. Artıq mövqeyimiz bəllidir. Türkiyə tərəfi də bildirir ki, Cənubi Qafqaza sülh və sabitlik gətirmək üçün bütün addımları atacaq. Çalışacaq ki, bu görüşlərin nəticələri kimi ABŞ-da hansısa bir irəliləyiş olsun. Yəni yenilənmiş Madrid prinsipləri qəbul olunsun və böyük saziş üzərində işə başlanılsın».

Elmar Məmmədyarov deyir ki, danışıqlara dair hadisələrin hər cür inkişafı üçün Azərbaycanın uyğun fikirləri var. Amma indidən onları açıqlamağa lüzum görmür.
XS
SM
MD
LG