Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:27

Forum-18 Azərbaycanda dini icmaların qeydə alınmamasından narahatdır


Azərbaycanın dini icmalarının məcburi təkrar qeydiyyatının başlanmasından 7 ay və müraciət üçün son vaxtın bitməsindən 3 ay sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əvvəl qeydiyyata alınmış 534 dini icmadan yarısından azının təkrar qeydiyyata alındığın etiraf edib.

Forum-18 təşkilatının bəyanatında deyilir ki, Azərbaycanda bir neçə məscid, o cümlədən Fatimeyi-Zəhra məscidi bağlanıb. Onlara sənədlərinin qaydasında olmadığı da deyilib.

Bakıdakı “Baptist”, “Yehova Şahidləri”, “Yeddinci Gün Adventistləri” və “Beynəlxalq dostluq” icmalarının qeydiyyatından da imtina olunub.

Bəyanatda deyilir ki, martda Baptist Kilsəsinə polis 4 dəfə baxış keçirib, onların qanunsuz fəaliyyət göstərdiklərini bildirib. “Beynəlxalq dostluq” ingilisdilli protesdant icmasının xarici nümayəndəsinə isə viza verilməyib.

XS
SM
MD
LG