Prezident Barak Obama Senatı rusiyalı həmkarı Dmitri Medvedyevlə imzaladığı nüvə silahının ixtisarına dair yeni müqaviləni tez bir zamanda ratifikasiya etməyə çağırıb.
Obama respublikaçı senatorları əmin etməyə çalışıb ki, müqavilə Amerikanın maraqlarına xidmət edir. Çünki bu sənəd nüvə silahının yayılmasının qarşısını almaqda Vaşinqtona kömək edəcək.
Müqavilənin ratifikasiyası üçün tələb olunan üçdə-iki səs çoxluğunu əldə etmək üçün demokratlar azı 8 respublikaçının dəstəyinə ehtiyac duyurlar. Müqavilənin qüvvəyə minməsi üçün Senatla yanaşı Rusiya Duması da ona təsdiqləməlidir.