Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:27

Belqrad Kosovonun müstəqilliyini heç vaxt tanımayacaq


Belqrad Kosovonun müstəqilliyini heç vaxt tanımayacaq. Bunu Serbiya prezidenti Boris Tadiç Balkan ölkələrində səfərdə olan ABŞ dövlət katibinin müavini Ceyms Steynberqlə görüşündə bildirib. Tadiç danışıqların davam etdirilməsinə və hansısa bir tərəfin məğlub və ya qalib olmadığı kompromisli bir həll variantına tərəfdar olduğunu deyib.

Kosovo öz müstəqilliyini 2008-ci ildə elan edib. ABŞ və Avropa Birliyi dövlətlərinin əksəriyyəti onun müstəqilliyini tanıyıb.

XS
SM
MD
LG