Bu gün Rusiyanın Vıborq şəhərində Şimal Axını boru kəmərinin tikintisinin başlanması ilə bağlı mərasim keçiriləcək. Mərasimdə Rusiya prezidenti Dmitri Medvedyev və Avropa Birliyinin Enerji Komissarı Günter Öttinqer iştirak edəcək.
Tikintisinin 2012-ci ildə başa çatacağı gözlənilən Şimal Axını boru kəməri ilə hər il 55 milyard kub metr Rusiya qazı Baltik ölkələrindən keçməklə Almaniyaya nəql olunacaq.