Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:08

Kurmanbek Bakiyev xalqa müraciət etmək istəyir


Yaxın vaxtlarda Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin xalqa müraciəti gözlənilir.

Bu barədə RİA Novosti Qırğızıstanın Rusiyadakı səfiri Raimkul Attakurova istinadla xəbər verir.

Onun sözlərinə görə Bakiyev istefa barədə elə bir bəyanat verməyib.

Müxalifət hazırda Bişkekin mərkəzində kütləvi nümayiş keçirir.

Müxalifət ölkədə ötəri hökumət yaradıldığını və parlamentin buraxıldığını bəyan edib.

Son məlumatlara görə Qırğızıstanda baş vermiş iğtişaşlarda 75 adam ölüb.
XS
SM
MD
LG