Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:10

Pis oğlan Corc, yaxşı oğlan Bil...


Özünü “dünyada ensiklopediya çapı üzrə nömrə 1” adlandıran “World book” nəşriyyatı – yeni on-line uşaq ensiklopediyası hazırlayıb.

Amma ensiklopediya ekspertlərin tənqidi ilə qarşılaşıb. Onların fikrincə siyasət amili ensiklopediyada faktların obyektiv işıqlandırılmasına mane olur.

Uşaq ensiklopediyasının ABŞ prezidentlərinə aid hissəsində respublikaçı prezidentlər demokratlarla müqayisədə mənfi təsvir olunur. Bu barədə “The Daily Caller” nəşri yazır :

“Məsələn, sabiq prezident Bill Klintonla bağlı hissədə. Onun kollec günlərinə aid tərifli şərhlər daxil edilib. Girişdə yazılıb ki, Klinton “çox oxuyub, klublara qoşulub və qrupda saksofon çalıb”.

Klintonun uşaqlığı barədə isə qeyd olunur ki, problemli evdə böyüməsi ona “sülh keşikçisi” olmağı öyrədib və “yaxşı lider olmaq vərdişləri”ni inkişaf etməyə kömək edib.

Ensiklopediya Klintonu “Afrika amerikalıların hüquqları uğrunda mübarizəyə” diqqət verən “çalışqan tələbə” adlandırır.

Ancaq Dünya Kitabı Corc Buşun (ata) Afrikaya yardım səylərini, Ronald Reyqanın kommunizm əsarətindən qurtulmaq üçün apardığı mübarizəni qeyd etməyib.

Həmçinin prezident Klintonun impiçmenti də xatırlanmır, baxmayaraq ki, girişdə “bəzi insanların onun ailəsinin işləri və əxlaqını şübhə altında qoyduğu” yazılıb. (Riçard Niksonun istefaya getməsi ilk sətirdə qeyd olunur)

Kitabda Ronalq Reyqana aid giriş belə tamamlanır ki, “bir çox insanlar İran-Kontra qalmaqalının səhv olduğunu" hiss edib:

“Reyqan Sovet İttifaqının lideri Mixail Qorbaçov ilə görüşüb. Onlar bəzi kütləvi qırğın silahlarından qurtulmaq üçün müqavilə imzalayıblar. Ancaq hökumət İrana gizli şəkildə silah satıb və pulunu Nikaraquadakı siyasi qruplara verib. Bir çox insan hiss edirdi ki, bu səhvdir”.

Corc Buşa aid beş abzasın yalnız biri onun prezidentliyi barədədir. Buşun prezidentliyinə aid bu hissə isə ağır notlarla tamamlanır:

“Amerikanın özündə də problemlər müşahidə edilib.

Çoxlu insan işsiz qalıb. Evsizlərin sayı artıb. Amerikalılar cinayətlərin və narkotik aludəçiliyinin artmasına görə narahat idi. Bir çoxları Buşu bu problemləri həll etməməkdə günahlandırıb. Buş növbəti dəfə prezident olmaq istəsə də, 1992-ci il seçkilərində məğlub olub.

Uşaq ensiklopediyasına salınan bu qeydlər ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Onlar “dünyada ən çox ensiklopediya satan” Dünya Kitabının qeydlərində həddən artıq subyektivliyin olduğunu düşünür.

Məsələn, Vikipedia on-line ensiklopediyanın təsisçisi Cimmi Veyls bu fikirdədir ki: “Vikipedia” bu mənada mükəmməldir, sarsımaz siyasəti var - ensiklopediya istənilən mübahisəli məsələdə öz mövqeyini bildirməməli – yalnız bütün mühüm tərəflərin fikrini əks etdirməlidir.

Ensiklopediyanın məqsədi insanlara düşünmələri üçün lazımi informasiyanı verməkdir, onlara nəticə çıxarmalarına yol göstərmək yox”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG