Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:04

Çexiya Baş nazirinin müavini mayda Azərbaycana gəlir


Çexiya Respublikasının xarici işlər naziri və Baş nazirin müavini Yan Kohout mayın 13-14-də Azərbaycana ilk rəsmi səfərini edəcək. Bu barədə Çexiyanın səfiri Radek Matula «Trend»ə bildirib.

Çexiya Baş naziri müavininin ikigünlük səfəri zamanı Bakıda Çexiya - Azərbaycan ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə ediləcək.
Azərbaycan tərəfi ilə danışıqlarda əsas diqqət həm ikitərəfli, həm də beynəlxalq səviyyədə iki ölkənin əməkdaşlığının inkişafı məsələlərinə yönələcək. Bu barədə Azərbaycanın Çexiydakı səfiri Tahir Tağızadə bildirib.

Kohout azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq, ölkə hökuməti və Parlamentdə görüşlər keçirəcək.
Çexiya Respublikasının Azərbaycandakı Səfirliyi ötən ilin payızından fəaliyyət göstərir, lakin rəsmi açılış mərasimi hələ olmayıb.
XS
SM
MD
LG