Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 02:13

Avstriya «Cənub Axın» layihəsinə qoşulur


«Avstriya bu aydan «Cənub Axın» qaz kəməri layihəsinə qoşulur».

Rusiyanın enerji naziri Sergey Şmatko aprelin 8-də deyib ki, Avstriya ilə razılaşma bu ilin sonunda tikintisi başlayacaq layihə ilə əlaqədar sonuncu müqailə ola bilər.

Şmatkonun sözləri hələ ki, ikinci müstəqil mənbədən təsdiqlənməyib.

Avstriya «Cənub Axın» layihəsinin rəqibi olan – «Nabucco»nu dəstəkləyir. Xəzər qazını Avropaya daşıyacaq «Nabucco» layihəsi Rusiya qazından asılılığı azaltmağa yönəlib.

«Cənub Axın» kəməri Rusiyanın «Qazprom» və İtaliyanın «ENİ» şirkətlərinin birgə müəssisədir.
XS
SM
MD
LG