Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 09:22

Əli Əhmədov:«Qırğızıstan hadisələrinin Azərbaycanda baş verəcəyinə zəmin yoxdur»


«Qırğızıstanda baş verənlər göstərir ki, xalqın iradəsinə söykənməyən hakimiyyət uzunömürlü ola bilməz». Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, Qırğızıstan hadisələri bir daha sübut etdi ki, kənar qüvvələrin diqtəsi ilə verilən təkliflərlə ölkənin müxtəlif strukturlarını idarə etməkdə yaranan hakimiyyətin ömrü az olur.

Hakim partiyanın sədr müavini Azərbaycanda bu cür hadisələrin baş verəcəyinə zəmin olmadığını qeyd edib.

«Azərbaycanda ona görə sabitlik mövcuddur ki, hakimiyyət xarici reseptlərlə yox, xalqın istəyi ilə formalaşıb», - Əhmədov əlavə edib.

Onun fikrincə, 2010-cu ilin payızında keçiriləcək Parlament seçkilərində xarici qüvvələrin təzyiqlərinə cəhd olacaqsa, Azərbaycan xalqı bunu pisləyəcək.

«Biz inanırıq ki, xalqımız bu cür cəhdlərə qarşı çıxacaq. Heç bir ölkədə xarici qüvvələrin dəstəyi ilə yaranan hakimiyyət xalqa firavanlıq verə bilməz», - icra katibi vurğulayıb. /Trend/
XS
SM
MD
LG