Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:58

Bu gün strateji hücum silahlarının ixtisarına dair yeni müqavilə imzalanacaq


Rusiya və ABŞ prezidentləri aprelin 8-də Praqada strateji hücum silahlarının ixtisarına dair yeni müqavilə imzalayacaq.

Gözlənilir ki, imzalanma mərasiminə kimi Obama və Medvedev arasında danışıqlar keçiriləcək.

Yeni müqavilə növbəti 7 il ərzində nüvə başlıqlarını 1550-ə qədər azaltmağı nəzərdə tutur.

Hər iki ölkənin arsenalı birgə dünyanın nüvə silahının 95 faizini təşkil edir.

Rusiya və ABŞ prezidentləri sənədi imzalayandan sonra onu parlamentlər ratifikasiya etməlidir.
XS
SM
MD
LG