Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 19:43

Siyasi karikaturalara ehtiyac varmı?


Azər Əhmədov
Azər Əhmədov
«İndi siyasi karikaturaya ehtiyac 90–cı ilin əvvəllərində duyulan ehtiyacdan daha çoxdur».

Bunu «İşdən sonra»da «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov Karikaturaçılar Günü ilə bağlı müzakirələrdə deyib:

- Karikatura «Azadlıq» qəzeti üçün önəmli məsələyə çevrilib. 1989–cu il 29 dekabrda ilk nömrə çıxanda karikatura yerləşdirmişdik. Təxminən il yarım Gündüz Əliyevin karikaturalarını verdik. Əjdər Nağıyev vardı fotomüxbir, o, 1993–cü ildə Azərbaycanda qiyam yolu ilə hakimiyyət dəyişəndə karikatura çəkmişdi. Həmin karikaturaya görə çap olunan bütün nömrələr yandırıldı. Bir karikatura qəzetin qalan 11 səhifəsindən daha güclü effekt vermişdi.

Karikaturaçılar Birliyinin əməkdaşı Afət İsayeva isə bildirib ki, son dövrlərdə karikaturaçıların işinə qəzet və jurnallarda az yer verirlər:

- Bizim birlikdəki karikaturaçılar öz fikirlərini rahat bildirə bilirlər. Beynəlxalq müsabiqələrdə karikaturaçılar iştirak edirlər, rahatlıqla öz fikirlərini ifadə edə bilirlər, heç bir məhdudiyyət yoxdur. Lakin qəzet və jurnallarda son dövrlərdə karikaturaçıların işlərinə az yer verirlər. Bu, televiziyanın, internetin geniş yayılması ilə bağlıdır.

DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG