Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Ərdoğan Sarkisyana görüşməyi təklif edib


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyana Vaşinqtonda görüşməyi təklif edib.

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti xəbər verib.

Açıqlamada bildirilir ki, təklifi Serj Sarkisyana Rəcəb Tayyib Ərdoğanın xüsusi elçisi, Türkiyə XİN aparatının rəhbəri Firudin Sinirlioğlu çatdırıb.

Sarkisyan isə bildirib ki, Ermənistan Türkiyədən münasibətlərin qeyd-şərtsiz normallaşması prosesində ciddi irəliləyişlərə səbəb olacaq praktik addımlar gözləyir.
XS
SM
MD
LG