Bu gün Bratislavada Slovakiya rəhbərliyi ilə Rusiya prezidenti Dimitri Medvedev arasında görüş olub.
Medvedevin slovakiyalı həmkarı İvan Qaşparoviç bə baş nazir Robert Titso ilə apardığı danışıqlarda ikitərəfli iqtisadi əməkdaşlıq, Rusiyanın Slovakiya iqtisadiyyatına sərmayə qoyması və Rusiyayla Avropa Birliyi ölkələri arasında viza rejiminin aradan qaldırılmasının mümkünlüyü müzakirə olunub.
Dimitri Medvedev Bratislavaya Praqa səfəri çərçivəsində baş çəkib.
Sabah Praqada strateji hücum silahlarının ixtisarıyla bağlı ABŞ-la Rusiya arasında yeni müqavilə imzalanacağı gözlənilir.