Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:18

Katın kəndində güllələnmiş polşalıların xatirəsi anılır


Rusiyayla Polşa ilk dəfə olaraq Rusiyanın Katın kəndindəki meşəlikdə güllələnmiş minlərlə polşalının xatirəsinə həsr edilmiş birgə anım mərasimi keçirirlər.

2000-ci ildə kütləvi məzarlığın yerində ucaldılmış xatirə kompleksində keçiriləcək tədbirdə Rusiyanın baş naziri Vladimir Putin və onun polşalı həmkarı
Donald Tusk iştirak edəcəklər.

1940-ci ildə Stalinin əmriylə Katın meşəliyində azı 20 min polşalı zabit və ziyalı güllələnib.

Sovet dövründə Moskva bu kütləvi qətli Almaniyanın üzərinə atırdı.

Amma 1992-ci ildə keçmiş Rusiya prezidenti Boris Yeltsinin dövründə açıqlanan sənədlərdən bəlli oldu ki, bu qətllər Stalinin əmriylə törədilib.
XS
SM
MD
LG