Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Bişkekdə 5 nümayişçinin öldüyü xəbər verilir


Bu gün Bişkekdə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş vermiş toqquşmada azı 5 nəfərin öldüyü bildirilir.

Reuters 5, Associated Press isə azı 4 nəfərin öldüyünü xəbəv verir.

Yerli xəstəxanalar isə 6 yaralı qəbul etdiklərini bildirirlər.

Toqquşma nümayişçilər prezident sarayını mühasirəyə almlş polis və əsgərləri yarıb keçmək istəyərkən baş verib.

Prezident Krmanbek Bakiyevi korrupsiya, siyasi təqiblər və söz azadlığını pozmaqda itiham edən müxalifət onun istefasını tələb edir.

Həmçinin müxalifət ölkənin digər şəhərləri- Oş, Narın, Talas və Tokmokda etiraz aksiyasına qalxıb.

Omurbek Tekabayev və Almazbek Atambayev də daxil olmaqla bir neçə müxalifət liderinin həbs olunduğu xəbər verilir.

Baş prokuror onlara qarşı ciddi ittiham irəli sürüldüyünü deyir.
XS
SM
MD
LG