Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 23:38

AXCP sədri Əli Kərimli prezident İlham Əliyevə məktub göndərib


Əli Kərimli məktubda yazır ki, onun «Vaşinqton Post»dakı yazısı hakimiyyətdəkiləri özündən çıxaran son təkan olub. AXCP sədri «Vaşinqton Post »da ötən həftə dərc olunmuş məqaləsində prezident İlham Əliyevin hakimiyyəti atasından miras aldığını, seçkilərin saxtalaşdırıldığını, müxalifətin əzildiyini yazırdı.

AXCP sədri prezidentə məktubunda bu günlərdə bloquna haker hücumundan bəhs edir, yazır ki, «ölkəmizin ictimai-siyasi həyatına qara piar da İlham Əliyevlə birlikdə 2003-cü ildən gəlib. Görünür tərəfdarlarının vəd etdiyi «islahatlar» elə bundan ibarət imiş».

«Azərbaycan iqtidarı mənəvi terrordan rəqiblərini və tənqidçilərini susdurmaq üçün istifadə edir. Adamları şantaj edirlər ki, həqiqətləri davamlı şəkildə desəniz, yazsanız, sizi söydürərik. Mənim özümün susdurulmağım üçün nələri etməyiblər? Nəticə əldə etməyiblər və heç vaxt da əldə edə bilməyəcəklər»,

Əli Kərimli İlham Əliyevə xitabən bildirir ki, iqtidarı qorumaq üçün səyləri əxlaq çərçivəsində də həyata keçirilə biləcəyi mümkündür. «Sizə növbəti dəfə təklif edirəm ki, mənimlə siyasi mübarizəni kişi kimi aparın. Başa düşün ki, söyüşün 2 başı var. Bumeranq kimi qayıdıb söyənə və söydürənə dəyir».
XS
SM
MD
LG