Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:08

ABŞ nüvə silahından istifadəyl bağlı yeni siyasətini açıqladı


ABŞ nüvə silahında istifadəylə bağlı siyasətini açıqladı

ABŞ-ın Müdafiə Naziri Robert Geyts Dövlət KAtibi Hillari Klinton və başqa rəsmilərlə birgə keçirdiyi brifinqdə yeni sənədi açıqlayıb.

Bu sənədin prezident Obamanın nüvə risklərini azaltmaq planına uyğun oldğunu bildirən Geyts deyib ki, ABŞ uzunmüddətli gələcəkdə nüvə silahından azad bir dünyanın qurulmaısna çalışır.

ABŞ nüvə silaıhndan istifadəylə bağlı yeni siyasətinə görə, artıq hansısa bir ölkə tərəfindən kimyəvi, bioloji və ya adi silahlarla ABŞ_a hücum olunsa həmin dövlətə atom silahı ilə cavab verilməyəcək.

AMma bu bənddə bir istisna diqqəti çəkir ki, bud a sözügedən müddəanın ancaq Nüvə Texnologiyalarının yayılmaması adlı Pakta qoşulan dövlətlərə aid edilməsidir. Nə İran, nə də Şimali Koreya həmin bu sənədə qoşulmayıblar.

Açıqlanan təlimatlara görə, ABŞ ancaq özünün və müttəfiqlərinin milli maraqlarına birbaşa və fövqəladə ziyan gələcəyi halda və nüvə hücumuna cavab kimi nüvə silahından istifadə etməyi düşünür.
XS
SM
MD
LG