Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:22

Elxan Şahinoğlu: «Azərbaycanda korrupsiya terrora dəstək verir»


Ərəstun Oruclu
Ərəstun Oruclu
«MTN–lə Daxili İşlər Nazirliyinin birgə əməliyyat keçirməsi müəmmalıdır».

Bunu «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Aprelin 6-da «İşdən sonra»da Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin ölkənin şimalında keçirdiyi xüsusi əməliyyatlardan danışılıb.

Ərəstun Oruclu deyib ki, əslində Azərbaycan bu cür əməliyyatlarla görüntü yaratmaq istəyir:

- Bu, Rusiyanın problemidir, Azərbaycanın deyil. Əgər Rusiya bu problemi öz siyasəti nəticəsində yaradıbsa, qoy özü həll etsin. Rusiya həmin terrorçu qüvvələrdən Azərbaycana qarşı istifadə edib. Polisin və Milli Təhlükəsizlik Nazirliyinin ayrı–ayrılıqda bu cür əməliyyatlar keçirməsi müəmmalı görünür. Əslində, antiterror vəzifəsi MTN–in üzərinə düşən vəzifədir. Niyə MTN keçirmir, polis də buna qoşulub. Bu, çoxsaylı suallar doğuran məsələdir ki, cavab axtarılmalıdır.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, vaxtaşırı belə əməliyyatlar keçirildiyindən bu o qədər də təəccüblü deyil:

- Şimal rayonlarında belə axtarışlar və həbslər həmişə baş verir, bu ilk deyil. Bunu növbəti həbslər və axtarışlar sayından hesab etmək olar. Belə bir versiya var ki, Azərbaycanda islamçılar radikallaşıblar, onlarla mübarizə aparmaq lazımdır.
Elxan Şahinoğlu
Əgər həqiqətən də belə qruplaşmalar varsa, şimal bölgəsində silahlar gizlədilibsə, bunlara qarşı mübarizə aparılmalıdır. Mən özüm də o bölgələrdə olmuşam, hiss etmişəm ki, o bölgələrdə radikallıq var. Bu o demək deyil ki, prosesi toqquşmalar yolu ilə aparmaq lazımdır. Orada başqa işlər də görülməlidir ki, gənclərin belə qruplaşmalara qoşulmasının qarşısı alınsın.

Elxan Şahinoğlu Azərbaycanda korrupsiyanın terrora dəstək verdiyini bildirib:

- Əgər daxildə müvəffəqiyyətli antiterror əməliyyatları keçirilirsə, sərhədlərdə də nizam-intizam olmalıdır ki, hər istəyən şəxs silah keçirməsin. Necə ki, biz deyirik Rusiyada korrupsiya var və bu terrorun inkişafına şərait yaradır, eynilə Azərbaycanda da vəziyyət elədir. Ehtimal oluna bilər ki, bizdə də artan korrupsiya mənfi tendensiya yarada bilər.

Moskvadakı terror aktının arxasında duran məqamlar barədə

PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG