Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:19

İcra hakimiyyəti tutulub, icra hakimi girov götürülüb


Qırğızıstan müxalifəti martın 17-də də hökumət əleyhinə etiraz nümayişləri keçirmişdi
Qırğızıstan müxalifəti martın 17-də də hökumət əleyhinə etiraz nümayişləri keçirmişdi
müxalifətçilərin Talas şəhər icra hakimiyyəti binasını tutması xəbərini Qırğızıstanın baş naziri Daniyar Usenov da təsdiqləyib. Usenov binanı azad etmək üçün eləvə polis qüvvələri göndərdiklərini bildirib.

Aprelin 6-da, müxalifətdən olan etirazçılar yerli icra hakimiyyəti binasına basqın edib və icra hakimini girov götürüblər. Röytersin xəbərinə görə, müxalifətdəki Ata-Meken partiyasının şəhər təşkialtının sədri Koisun Kurmanaliyeva binanın içindən agentliyin müxbirinə deyib ki, icra hakimiyyəti tutulub, icra hakimini isə girov götürüblər.

Yayılan xəbərdə deyilir ki, etiraz aksiyası keçirmək üçün yığışan bir neçə min adamın təzyiqləri qarşısında heşç bir müqavimət göstərməyən polis onların icra hakimiyyətinin binasına girməsinə mane olmayıb.

Amma ölkənin Daxili İşlər Nazirliyindən İtartass Agentliyinə inzibati binanın tutulması xəbərini təkzib ediblər. Nazirlikdən bilridiblər ki, çoxu sərxoş və özündə olmayan onlarla adam binaya daxil olublar, amma bir müddət sonra özləri çıxıb gediblər.

Son vaxtlar müxalifət prezident Kurmanbek Bakyevi medianı sıxışdırmaq və demokratiyanl boğmaqda ittiham edir. Aprelin 7-də bütün ölkəboyu istefa tələbiylə etiraz aksiyaları təyin edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG