Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 22:19

Nardaranda güllələnmə hadisəsi baş verib


Aprelin 6-da Bakının Nardaran qəsəbəsində güllələnmə hadisəsi baş verib. Bu barədə AzadlıqRadiosuna Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin növbətçi hissəsindən məlumat verilib. Xəbərə görə, hadisə saat 15.00 radələrində baş verib.

Ev və torpaq alqı-satqısı ilə məşğul olan qəsəbə sakini Əbdül Həşimov güllələnib. Polisdən hadisəni törədənin kimliyi barədə məlumat verilməyib. Bildirilib ki, hadisəni törədənin tutulması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.

Güllə yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən Əbdül Həşimovun vəziyyətinin ağır olduğu bildirilir.
XS
SM
MD
LG