Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Şimal rayonlarında genişmiqyaslı əməliyyatlara başlanılıb


Əməliyyatlar Rusiya və Azərbaycan Daxili İşlər nazirlikləri arasında 2007-ci ildə bağlanmış qarşılıqlı əməkdaşlığa əsasən həyata keçirilir
Əməliyyatlar Rusiya və Azərbaycan Daxili İşlər nazirlikləri arasında 2007-ci ildə bağlanmış qarşılıqlı əməkdaşlığa əsasən həyata keçirilir
Aprelin 6-dan başlayaraq Azərbaycanın Rusiya ilə sərhəd olan şimal rayonlarında – Quba, Xaçmaz və Qusarda genişmiqyaslı əməliyyatlara başlanılıb. Daxili İşlər Nazirliyi tərəfindən keçirilən «Sərhəd-2010» adlı əməliyyatlarda hər üç rayonun Rusiya ilə sərhəd zonaları, rayonlara giriş-çıxış nəzarətə götürülüb.

Qusar-Quba yolunun 25-ci kilometrliyində Şirvanovka və digər kəndlərdə post məntəqələri qurulub, rayona girib-çıxan bütün avtomobillər və vətəndaşlar yoxlanılır.

Əməliyyatlarda əsas məqsəd beynəlxalq axtarışda olanların, banditizm və terrorçu qrupların və digər cinayətkarların axtarışını həyata keçirmək, qanunsuz silah və sursatların yığılması və digər səbəblərdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna faktı təsdiqləyib: «Hər il qonşu dövlətlərlə sərhədlərdə cinayətkarlığa qarşı belə tədbirlər keçirilir. Əməliyyatlar təzə başlayıb. Tam başa çatandan sonra nəticələri barədə mətbuata açıqlama verərik».

Əməliyyatlar Rusiya və Azərbaycan Daxili İşlər nazirlikləri arasında 2007-ci ildə bağlanmış qarşılıqlı əməkdaşlığa əsasən həyata keçirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG