Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:02

“Elif Şafak bir gün Nobel alacaq…”


Türkiyədə ingiliscə nəşr edilən yeganə ədəbiyyat jurnalı “Journal of Turkish Literature” dərgisinin altıncı sayında yazıçı Elif Şafakla bağlı xüsusi buraxılış işıq üzü görüb.

“JTL”in şef redaktoru Tələt Halman jurnaldakı yazısında Elif Şafakın gələcək illərdə Nobel Ədəbiyyat Mükafatını alacağını yazır.

Bilkent Universitetində müəllim kimi çalışan Talat Halman, “Journal of Turkish Literature”dəki yazısında bu günə qədər hazırladıqları jurnallardan fərqli olaraq Türkiyənin beynəlxalq arenada ən çox tanınan qadın romançısı olan Elif Şafaka ilk dəfə yer verdiklərini deyib:

“Mən ehtimal edirəm ki, Elif Şafak gələcək illərdə Nobel Ədəbiyyat Mükafatını alacaq".

Tələt Halman, 1999-cu ildə Bilkent Universitetində “Ədəbiyyatda Nobel Mükafatı” adlı seminar təşkil edərək, Orxan Pamuku gələcəyin Nobel Mükafatlı yazıçısı olaraq təqdim etmişdi.

Onun bu sözləri isə 7 il sonra reallaşdı.

Elif Şafak 1971-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. Türkcə və ingiliscə yazır.

2006-cı ildə ingiliscə yazdığı "Baba ve Piç" adlı romanı türk-erməni münasibətlərini incələyir. Romanla bağlı Elif Şafaka qarşı Türklüyə həqarət ittihamı irəli sürülsə də, dəlil olmadığı üçün yazıçıya bəraət verildi.

Son romanı olan "Aşk"da sufi şairi Mövlanə Cəlaləddin Ruminin həyatından bəhs edilir. Kitab hazırda Türkiyədə ən çox satılan əsərlər arasındadır.

"Kaspi"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG