İran prezidenti Mahmud Əhmədinejad parlmentin subsidiyalar barədə qəbul etdiyi qanuna veto qoyub. Ərzaq və yanacaq sahələrinə ayrılan subsidiyaların həcminin iki dəfə azaldılmasını istəyib.
İran parlamenti bu ilin büdcəsində subsidiyalar üçün nəzərdə tutulan vəsaiti 20 milyard dollar azaltmağa razılaşıb. Bu isə Əhmədinejadın istədiyinin ancaq yarısıdır.
İran hökuməti yeni sanksiyalara hazırlıq məqsədilə büdcə xərclərini mümkün qədər azaltmağa çalışır. İranda hər il ölkə gəlirlərinin orta hesabla 30 faizi subsidiyalara gedir.