Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

David Çerni ilə müsahibə


David, necəsiz?

Xəstə

Xəstə? Nə olub ki...

Artıq ikinci gündür ki, xəstəyəm, bilmirəm nədi, bəlkə də donuz qripi tutmuşam.

Ona görə də bura gəlmisiz, MeetFactory-yə (Gorüş fabriki)?

Yox, sadəcə biz musiqi aləminə ayaq açırıq. Bununla bağlı gözəl konsert olacaq indi...

Havanın Sizin yaradacılığa təsiri olur? Bu qış yaman soyuq keçdi, tez-tez qar yağırdı, hamı şikayət edir...

Hə, bu qış hava məni də boğaza yığdı. Amma, şər deməsən xeyir gəlməz. Bu qış snouboard sürməyə imkanım oldu.

Bəs sənət necə? Qışda yaradıcılıqla məşğul ola bildiniz?

Qış çox depressiv idi. Belə ovqat yüz faiz nəyəsə təsir edəcək. Baxmayaraq ki, hələ yaradıcılığıma təsirinin elə bir əlaməti yoxdur, hər halda üzərində çalışdığım layihələrdə bütün qışı işlər öz axarında gedib.

Amma adətən qışda depressiyaya düşmürsuz? Bu qış istisna idi?

Yox, ümumiyyətlə qışda kefsiz oluram, bu qış isə kefim xüsusilə pozuldu, amma bir yol tapıb bu böhrandan çıxdım da....

İlhamı hardan alırsız? Nəsə varmı ki, Sizi hazırladığınız bu qeyri-adi sənət əsərlərinin yaradılmasına təhrik edir?

Hər şeyi bir kənara qoysan, ilham mənbəyim alkohol və seks sayıla bilər...

Narkotik?

Yox, narkotikadan istifadə etmirəm.

Media Sizi qəribə rəssam kimi təqdim edir. Adətən Siz adamları şoka salırsız, bəs Sizi necə, şoka salacaq bir şey varmı?

Mən siyasi sistemlərin axmaqlığından şoka düşürəm. Xüsusilə Çex siyasətçilərindən. Onlar həmişə mütləq nəsə tapıb adamı təəccübləndirirlər... Xüsusilə sonuncu həftə, məni xeyli sarsıtdılar.

Siyasətlə belə yaxından maraqlanırsız? Bəs məlumatları hardan alırsız, pərəstişkarlardan, mediadan, yoxsa...

Əlbəttə hər yerdən, bütün mənbələrdən

Yaxşı, bəs bu Çex siyasətçilərində Sizi qəzəbləndirən nədir? Bilirik ki, tez-tez onları tənqid edirsiz, amma nədir Sizi ən çox narahat edən?

Hazırda Çex siyasətinin sağ qanadında, - mən ultra-mühafizəkarları demirəm, ümumiyyətlə sağ qüvvələri nəzərdə tuturam – o qədər başıpozuqluq yaranıb ki, mənə hərdən elə gəlir ki, sağlar ümumiyyətlə siyasi mübarizədən əl çəkmək qərarını veriblər. Sollarla ağlasığmaz bir anlaşmaya girib nəhəng bir koalisiya yaradıblar.

Nə vaxtsa siyasətə gəlməyi nəzərdən keçiribsiz?

Yox, çalışıram siyasətə qarışmayım. Aktiv siyasətçi olmaq, mənim aləmimdə yaxşı fikir deyil. Çünki mənim siyasətə gəlişim həm də daim ictimai diqqət mərkəzində olmağım deməkdir. Mənsə istəyirəm şəxsi həyatım olsun. Elə indinin özündə də, bir də baxırsan ki, hansısa sərsəm jurnaslit sənin hansısa qızla birgə fotonu sarı mətbuatda yerləşdirib... Mən şəxsi həyatımı qorumaq istəyirəm, istəmirəm ki, media söz-söhbətimi aparsın

Gəlin Sizin əsərlərə qayıdaq. Ötən il Avropa Birliyi üçün hazırladığınız mozaika qeyri-adi sənət əsəsri kimi bütün dünyaya səs saldı. Siz bu qalmaqala bilərəkdən getdiniz, yoxsa mozaika sadəcə ifadə forması idi.

Bu bir zarafat idi, Entropanı qeyri-adi edən isə onun quraşdırıldığı yer idi – Avropa Birliyinin Bresseldəki binası. İndi burada, Praqada DOKSqallery-də asılıb, heç baxan da yoxdu.

Entropa qalmaqalından sonra Bolqarıstana səfər etmisiz?

Hələ yox.

Sizcə, onlar buraxar Sizi ölkəyə?

Öz təyyarəmlə getsəm, yəqin ki, içəri buraxarlar, amma ölkədən çıxmağıma icazə verərlərmi, - bunu demək çətindir.

Amma bolqarlala heç bir şəxsi-qərəzliyiniz olmayib, elədirmi?

Əlbəttə olmayıb, nə şəxsi-qərəzliyim olmalıydı ki?

Entropa onları möhkəm qəzəbləndirmişdi...

Onlar qəzəblənsələr də, deməliyəm ki, Bolqarıstandan başqa ölkələrin xətrinə daha çox dəymişdik.

Məsələn hansı ölkənin?

Məsələn, Polşa bu siyahıya başçılıq edə bilərdi. Maraqlıdır. Biz ən kəskin reaksiyanın məhz Polşadan və bir də Britaniyadan gözləyirdik. Amma təsadüf elə gətirdi ki, Polşadan bizə əməlli-başlı dəstək gəldi. Səbəbini bilmirəm, bəlkə də ona görə ki, yerli “Gazeta Wyborcza” qəzetinin Entropa haqqında məqaləsi “Dahiyanə bir əsər!” başlığı ilə çap olunmuşdu və kim bilir, bəlkə də heç kim belə nüfuzlu qəzetin rəyinə qarşı çıxmağa cürət etməyib

Azərbaycanı həmin xəritəyə daxil etsəydiniz, bu ölkəni necə təqdim edərdiz?

Bu sualı bütün ğlkələrdə mənə verirlər. Amma biz Entropanı hazırlayanda 3 ay ancaq ona sərf etdik ki, hər ölkəni necə təqdim edəcəyimiz müəyyənləşdirək. Odur ki, gərək bağışlayasan, bu suala belə, atüstü cavab vermək olmur.

Sizə pərəştişkarlarınızdan, ya Sizə nifrət edənlərdən çoxmu e-mail gəlir?

Əlbəttə nifrətsiz də olmur. Amma əsasən müsbət məzmunlu e-maillər gəlir, Viaqra, Roleks saatları və seksual oyuncaq qurbanlarından məktublar alıram...

Konkret nə yazırlar?

Müxtəlif-müxtəlif şeylər.

Lutsernada baş-ayaq asılan at, onun mənası nədir?

Heç bir mənası-zadı yoxdur, sadəcə gözəl sənət əsəridir.

Bəs axı at ölüdür?

Elədir, at ölüdür...

Niyə?

Çünki ölüb...

Burada nəsə gizli bir mesaj yoxdu ki?

Əlbəttə gizli mesaj var. Amma qoy adamlar özləri nəticə çıxarsınlar. Məncə rəssam nəyisə yaradıb onun izahını elan etsə, düzgün olmaz Bu işi adamların təxəyyülünə vermək lazımdır


Hansı əsərinizlə daha çox fəxr edirsiz?

ABŞ-da, Charlotte üçün hazırladığım heykəl – “Fırlanan baş”. Tamamilə mənasız olsa da çox gözəl əsərdir.

Çex Respublikasında yaşamaq xoşunuza gəlir? Hansi ölkədə yaşamağa üstünlük verərdiz?

Yox, buradan zəhləm gedir. O qədər görəcək işim var ki. Sadəcə ilişib qalmışam burada.

Bəs harada olmaq istərdiz?

Şəxsi bir adada, haradasa Sakit okeanda. İndiki və gələcək qadınlarımdan 4-5-ni özümlə götürərdim. Bir dəstə dostumu da ora aparıb kef edərdim. Bunun üçün mənə ancaq şəxsi təyyarə lazım olardı. Təsvir etdiyim ideal bir mənzərə olardı.

Təxminən Viktor Kojeni kimi? O indi Baham adalarındadır.

Hə, Bahamasdadir. Amma, hər şeydən göründüyü kimi, indi onun şəxsi təyyarəyə pulu çatmaz. Praqa prokurorluğunda işləyənlərin də ürəyindən belə həyat keçir. Onlardan bəziləri bunun üçün pul yığırlar.

Rəssam olmasaydız, hansı sənət sahibi olardız?

Təyyarəçi.

Niyə?

Çünki mən həm də təyyarəşiyəm, öz təyyarəmi özüm sürürəm.

Qanınınız qaynayır?

Yox, qan məsələsi deyil. Tənhalıq məsələsədir. Səmada sakitlikdir, heç kim sənə mane olmur.

Qayıdaq Sizin yaradıcılığa, heç peşmançılıq hissi keçirmisiz?

Elə götürək bu sonuncu sərgini. Onun təşkili ilə bağlı danışıqların necə aparılmasından peşmanam. Entropanı təqdimatına görə peşimanam. Çox şeyə görə heyfslənirəm, bəli.

Nəsə yeni bir əsər hazırlayiırsiz?

Bir-iki böyük layihəm var.

Sizin əsərlərin ölçüsü böyükdür, görünür xaricdə sərgi təşkil etmək elə asan başa gəlmir.

Mən özüm daşımıram ki onları. Adətən kimki sərgi keçirmək istəyir, o da daşınma məsələlərini boynuna götürür.

Amma razılaşın ki, bu Sizin əl-qolunuz bağlayan bir amildir...

Əlbəttə, bu bir problemdir. Məsəslən “baş-ayaq at” heykəli – onu harasa aparmaq mümkün deyil.

Məxməri inqilab zamanı, Siz 20 yaşlarında bir gənc idiniz. Mitinqlərdə iştirak edirdiz? O günləri necə xatırlayırsız? İndiki zamanla müqayisədə Sizə daha maraqlı, daha mənalı gəlir, ya necə?

Böyük günlər idi, çünki bizim ümidimiz var idi. İnqilaba qədər mən əmin idim ki, kommunizm məni mühacirətə vadar edəcək. Əlbəttə mən dissident deyildim, amma kifayət qədər fəal idim. Sərgilər təşkil edirdim, məxvi polis gəlib onları bağlayırdı. Ən başlıcası isə bizdə belə bir hiss yarandı ki, gördüyümüz işin əhəmiyyəti var, mənası var. Bu mübarizədə başa düşdük ki, biz bu ölkəyə lazımıq, mühacirət etməməlik. Amma inqilabdan əvvəl 100 faiz əmin idim ki, çıxıb ölkədən gedəcəyəm.


Sizə məşhurluq gətirən ilk işiniz Praqadakı sovet tankını çəhrayı rəngə boyamaq oldu. Nə idi bu, sovetlərə etiraz?

O vaxt mən Bratislavadan bir qıza vurulmuşdum. Onun 18 yaşı vardı, mənim 21. Dəhşətli şəkildə onun istəyirdim. Qərara gəldim ki, bu yolla diqqəti özümə cəlb edim. Məqsədimə çatdım. Məni TV-də görüb əvvəl mənə zəng elədi, sonra da Praqaya gəldi.

Zarafat eləmirsiz, belə çıxır ki, bu, məhəbəət ismarıcı idi?

Əlbəttə zatafat eləmirəm. Istəyirsən onun telefon nömrəsini verim.

Sizin köynəyinizdə kommunizmin ünvanına söyüş yazılıb. Hələ də kommunizmlə mübarizədəsiz?

Hə, hələ də kommunizmlə vürüşüram

Fikirləşirsiz ki, kommunizmin qadağan olunmalıdır?

Yaxşı olardı ki, kommunizm qadağan edilsin. Onu qadağan etməyənlər böyük tarixi səhvə yol verdilər.

Bəs nəyisə qadağan etmək nə dərəcədə düzgündür?

Necə ki, faşizm qadağan olundu, elə də kommunizm...

Belə çıxır ki, Sizin üçün kommunzimlə faşizmin fərqi yoxdur?

Fərqi yoxdu. Kommunzim, bəlkə faşizmdən də pisdir, çünki onlar daha çox adam oldürüblər

Azərbaycanda olmusuz?

Yox. Amma mənim dostum Aəzrbaycan haqqında bir film çəkmişdi. Film Xarici şirkətlərin neftə sahib cıxmaq üçün yerli hökumətə necə rüşvət verməsi, bu planların həyata keçirilməsu üçün yerli əhaliyə necə divan tutlmasından bəhs edirdi.

David Çerny Azərbaycanda doğulsaydı, onun aqibəti necə olardı?

Yəqin ki, mühacirət edərdim.

XS
SM
MD
LG