Əfqanıstan prezidenti Həmid Kərzainin son çıxışları ABŞ-la münasibətlərin gərginləşməsinə səbəb olub. Kərzai Əfqanıstan parlamentinin üzvlərinə deyib ki, Qərb hökuməti yenidən qurmaq üçün təzyiqlərini davam etdirsə, Taliban qiyamçılarına qoşulmağa məcbur ola bilər.
Bundan bir qədər əvvəl isə Kərzai bildirmişdi ki, ötən ilki prezident seçkilərində xarici nümayəndələr saxtakarlıq etmələri üçün seçki orqanlarına rüşvət verib, hədə-qorxu gəliblər.