Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:18

İlham Əliyev Estoniyaya gedir


Bu gün prezident İlham Əliyevin Estoniyaya rəsmi səfəri başlayır. Bu, Azərbaycan prezdentinin Estoniyaya ilk səfəridir.

Üç günlük səfərdə İlham Əliyev Estoniya prezidenti Tomaas Hendrik İlves, baş nazir Andrus Ansip, Tallin meri Edqar Savisaarla görüşəcək. İlham Əliyevin Azərbaycan diasporunun nümayəndələri ilə görüşü də planlaşdırılıb. Səfər proqramına prezidentin Estoniya XİN-də çıxışı da daxildir.

İki ölkənin xarici işlər nazirləri Urmas Paet və Elmar Məmmədyarov isə aprelin 7-də investisiyaların qarşılıqlı müdafiəsi, təşviqi və diplomatik pasport sahibləri üçün vizasız rejim haqqında sazişlər imzalayacaqlar.

XS
SM
MD
LG