Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 00:34

Baş örtüsü futbolçu qızları oyundan kənar qoydu


İranın qızlardan ibarət futbol komandası Gənclərin Olipmiya Oyunundan kənarlaşdırıldı. FİFA bu qərarının oyunçuların baş örtüsünün bu qurumun qaydalarına uyğun olmaması ilə izah edib.

Asiya Futbol Federasiyası məlumat verir ki, İran komandasının yerinə Tailand komandasının namizədliyi verilib.

İranın Milli Olimpiya Komitəsi FİFA-nı və Beynəlxalq Olimpiya Komitəsini qadın ouunçuların baş örtüyünə qoyulan qadağaya yenidən baxmağa çağırıb. Amma FİFA bu xahişi rədd edib.

İran islamın geyim qaydası kimi qəbul etdiyi qadınların baş örtüsünü idmançılara da şamil edir.
XS
SM
MD
LG